, 25 Yanvar, 2026
Tarix: 08 Mar 2024 05:55
Sudan Respublikasının Suveren Keçid Şurasının sədri, general-leytenant Abdel Fattah Al-Burhanın oğlu Mohamed Abdel Fattah Al-Burhan Rəhman Ankarada qəzaya düşüb.
APA xəbər verir ki, o idarə etdiyi motosikletlə avtomobilə çırpılıb.
Hadisə zamanı motosiklet aşıb və Rəhman yerə yıxılıb.
Ağır yaralanan Rəhman təcili yardım maşını ilə Bilkənd Şəhər Xəstəxanasına aparılıb.
Avtomobilin sürücüsü saxlanılıb.