Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Tarix: 09 Mar 2024 20:31

Ukraynada daha iki gürcü döyüşçü həlak olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı "Gürcü Legionu" yayıb.

Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar.

Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri 61 gürcü döyüşçü həlak olub.

Xəbər Lenti