, 25 Yanvar, 2026
Tarix: 10 Mar 2024 00:41
Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasını məhv edib.
APA xəbər verir ki, bu barədə “Russia Today” agentliyi məlumat yayıb.
“Rusiya Aerokosmik Qüvvələrinin İdlib vilayətinin Basankul və Aşhani-Tahtani yaşayış məntəqələri ərazilərinə endirdiyi zərbələr nəticəsində Suriya hökumət qüvvələrinin mövqelərinə təxribat xarakterli hücumlarda iştirak edən silahlıların iki bazası məhv edilib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, silahlılar Suriya ordusunun mövqelərinə gün ərzində bir dəfə zərbə endiriblər.