, 25 Yanvar, 2026
Tarix: 10 Mar 2024 03:50
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında mülki əhalinin təhlükəsizliyinə daha çox diqqət yetirməlidir.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden “MSNBC” telekanalına müsahibəsində bildirib.
“Onun İsraili müdafiə etmək, HƏMAS-ı təqib etməyə davam etmək hüququ var. Amma atılan addımlar nəticəsində həlak olan günahsız mülki şəxslərin təhlükəsizliyinə daha çox diqqət yetirməlidir”, - deyə Bayden bildirib.