Türkiyədə TIR-la məktəbli avtobusu toqquşub, yeddi nəfər xəsarət alıb

Tarix: 10 Mar 2024 05:11

Türkiyənin Mardin vilayətində TIR-la məktəbli avtobusu toqquşub.

APA xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Mazıdağı rayonunda baş verən qəzada aralarında müəllim və şagirdlərin də olduğu yeddi nəfər xəsarət alıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Xəbər Lenti