Rusiyanın Novqorod vilayətinin üzərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı vurulub

Tarix: 10 Mar 2024 17:20

Rusiyanın Novqorod vilayəti ərazisi üzərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı vurulub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Moskva vaxtı ilə saat 15:30 radələrində Hava Hücumundan Müdafiə sistemləri Novqorod vilayəti ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki PUA-nı zərərsizləşdirib.

Vilayət qubernatoru Andrey Nikitinin sözlərinə görə, PUA hücumu nəticəsində tələfat və dağıntı olmayıb.

Xəbər Lenti