Azərbaycanda gündəlik neft hasilatının həcmi açıqlanıb

Tarix: 13 Apr 2026 12:12

Bu ilin biirinci rübündə Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 74 min ton (555 min barel) olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (450 min barel), kondensat hasilatı 13 min ton (105 min barel) təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan birinci rübündə "OPEC+" çərçivəsində kvotasından 101 min barel və 13 259 ton geri qalıb.

Emil İsmayılov Energetika Nazirliyi neft hasilatı OPEC OPEC+

Xəbər Lenti