Bazar ertəsi, 13 Aprel, 2026
Tarix: 13 Apr 2026 13:41
Qarabağ və Şərqi Zəngəzurda 2 mindən artıq ev və ictimai binaların üzərində damüstü günəş panelləri quraşdırılıb.
Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, qeyd olunan obyektlərin üzərində 7 min kVt-dan artıq gücdə günəş panelləri quraşdırılıb.
“Müasir şəhərsalmanın əsas elementlərindən olan damüstü günəş panelləri Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsində mühüm rol oynayır. Bu yanaşma həm enerji səmərəliliyini artırır, həm də bu bölgələrin daha da dayanıqlı və ekoloji cəhətdən təmiz inkişafına töhfə verir”, - məlumatda qeyd olunur.
Emil İsmayılov Qarabağ Şərq Zəngəzur günəş panelləri