, 25 Yanvar, 2026
Tarix: 10 Mar 2024 22:14
İsrail vətəndaşlarının əksəriyyəti Qəzza zolağında atılan addımları dəstəkləyir.
APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Bild” qəzetinə müsahibəsində deyib.
Bununla da Netanyahu ABŞ Prezidenti Co Baydenin tənqidlərinə cavab verib.
“Əgər ABŞ Prezidenti hesab edirsə ki, mən israillilərin əksəriyyətinin istəklərinə zidd olaraq şəxsi siyasət yürüdürəm və bu İsrailin maraqlarına zərər verir, o, yanılır”, - deyə Baş nazir vurğulayıb.
Netanyahunun fikrincə ölkə vətəndaşlarının böyük əksəriyyəti Qəzzada atılan addımları dəstəkləyir.
“İsraillilər HƏMAS-ın yerdə qalan bölmələrini məhv etmək üçün həyata keçirdiyimiz tədbirləri dəstəkləyirlər”, - deyə hökümət başçısı əlavə edib.