Tehranda binada partlayış: bir ölü, səkkiz yaralı

Tarix: 11 Mar 2024 01:14

Tehranda partlayıcı maddələrin istehsalı ilə məşğul olan obyektdə partlayış olub.

APA xəbər verir ki, bu barədə "Nour News" məlumat yayıb.

Hadisə İranın paytaxtındakı Rey küçəsində yerləşən ikimərtəbəli binada baş verib.

Partlayış nəticəsində qonşu bina dağıdılıb, doqquz nəfər yaralanıb, onlardan biri ölüb.

Axtartış-xilasetmə işləri aparılır.

Xəbər Lenti