AMB: Bank sektorunun likvidlik mövqeyi komfort zonadadır

Tarix: 13 Apr 2026 17:32

2025-ci il ərzində bank sektorunda məcmu likvidliyin örtülmə əmsalı (LCR) 2024-cü ilin sonu ilə müqayisədə 4 faiz bəndi artaraq 154%, milli valyutada isə 1 faiz bəndi artaraq 127% təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Maliyyə Hesabatı"nda bildirilib.

Məcmu LCR əmsalının artmasının əsas səbəbi bank sektorunda yüksək keyfiyyətli likvid aktivlərin artmasıdır. Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə sektor üzrə yüksək keyfiyyətli likvid aktivlər 25% (3 mlrd. manat) artaraq 15 mlrd. manat təşkil edib, sektorun xalis nağd ödənişləri isə 21.5% (1.7 mlrd. manat) artaraq 9.7 mlrd. manat olub.

Ümumi olaraq, sektor üzrə ani likvidlik əmsalı 54.4% olmaqla minimum tələbi 24.4 faiz bəndi üstələyib. Likvidlik mövqeyinin güclənməsi bank sistemində baş verə biləcək likvidlik şoklarına qarşı bankların dayanıqlılığını artırır.

İlahə Səlimova likvidliyin örtülmə əmsalı

Xəbər Lenti