Şənbə, 1 Avqust, 2026
Tarix: 11 Mar 2024 13:21
Sabah İran, Çin və Rusiya arasında birgə hərbi dəniz təlimi başlayacaq.
Bu barədə Tasnim məlumat yayıb.
İran, Çin və Rusiyanın iştirakı ilə Hind okeanının şimalında “Dəniz təhlükəsizlik kəməri 2024” təliminin əsas mərhələsi sabah başlayacaq.
Təlimdə İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin suüstü və uçuş bölmələri, Çin və Rusiyanın hərbi gəmiləri iştirak edir, Oman, Azərbaycan, Qazaxıstan, Pakistan və Cənubi Afrika Respublikasından da nümayəndələr təlimlərdə iştirak edir.
Mənbə: apa.az