Bu il 100 mindən çox "Asan İmza" sertifikatı verilib

Tarix: 14 Apr 2026 11:10

Bu ilin I rübündə Azərbaycanda vergi ödəyicilərinə ümumilikdə 72.735 müraciət üzrə 113.041 "Asan İmza" sertifikatı verilib.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, cari ilin yanvar-mart aylarında vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 139.465 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 228.718 sayda xidmət göstərilib.

Dövr ərzində, vergi ödəyicilərinin 8,2 min yazılı müraciəti cavablandırılıb, onlara 8,2 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Həmin dövr ərzində 1.602 vergi ödəyicisinin iştirakı ilə 103 görüş keçirilib, 1.604 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 355,6 min sayda SMS göndərilib.

İlahə Səlimova vergi ödəyiciləri ASAN İmza sertifikatı

Xəbər Lenti