AMB: Mənzil bazarında qiymət artım tempində sabitləşmə müşahidə olunur

Tarix: 14 Apr 2026 10:51

Azərbaycanda mənzil bazarında qiymət artım tempində sabitləşmə müşahidə olunur.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Maliyyə Hesabatı"nda bildirilib.

Hesabata əsasən, bu il yanvarın 1-nə Azərbaycanda mənzil bazarında qiymət artımı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12.2% olub. İlkin bazar (yeni tikilən evlər) üzrə 12.7%, təkrar bazar (köhnə mənzillər) üzrə isə 12.2% artım müşahidə edilib. Son ildə ilkin bazar üzrə artım tempi sabit olsa da, təkrar bazar üzrə artım tempində azalma nəzərə çarpıb.

Həmçinin qeyd olunub ki, 2025-ci ildə mənzil qiymətlərinin artımı əhalinin sərəncamda qalan gəlirlərinin artım tempini üstələsə də, onlar arasındakı fərq il ərzində tədricən azalıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin sonu ilə müqayisədə ötən il mənzil qiymətləri 12.2%, sərəncamda qalan gəlirlər isə 7.6% artıb. Bununla belə, əsasən mənzil qiymətlərinin artım tempinin azalması fonunda iki göstərici arasındakı fərq il ərzində tədricən azalıb.

İlahə Səlimova mənzil bazarı qiymətlər artım tempi sabitləşmə

Xəbər Lenti