“Hizbullah” lideri HAMAS nümayəndə heyətini qəbul edib

Tarix: 12 Mar 2024 11:17

“Hizbullah” lideri Həsən Nəsrullah HAMAS nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, bu barədə Livan KİV məlumat yayıb.

Məlumata əsasən, HAMAS nümayəndə heyətinə Siyasi Büro üzvü Xəlil əl-Həyya başçılıq edib.

Tərəflər arasında İsrail-HAMAS razılaşması üzrə danışıqlar prosesi, həmçinin Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə edilib.

Xəbər Lenti