, 25 Yanvar, 2026
Tarix: 14 Mar 2024 15:02
Mənim ən çox ehtiyat etdiyim məsələ Yaxın Şərqdə baş verən münaqişədir.
APA xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunda iştirakı edən Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyəti üzvü Boris Tadiç jurnalistlərə açıqlamasında bildirib.
O, "həm İsrailin, həm də Fələstinin bu məsələdə maraqlı olanlar tərəfindən alətə çevrildiyini” deyib.
“Çünki bu, maraqlı tərəflərə sərf edir və onlar münaqişənin davam etməsini istəyir. Bu, onlar üçün faydalıdır. Bunun qarşısını almaq lazımdır. Bəzi qüvvələr Qəzzada baş verənləri səbəb gətirərək gələcəkdə də münaqişəni davam etdirə bilər. Beynəlxalq hüquq, nüfuzlu təşkilatlar bu münaqişənin, insan qırğınının qarşısının alınması üçün hərəkətə keçməlidir, prosesə müdaxilə etməlidir və bu müdaxilə hazırda olduqca əhəmiyyətlidir”, - Tadiç qeyd edib.
Onun sözlərinə görə, açıq siyasi dialoq sayəsində münaqişənin dayandırılmasına nail olmaq olar: “Lakin, münaqişənin gələcəkdə qarşısının necə alına biləcəyi barədə düşünmək lazımdır, çünki bu da olduqca hazırda əhəmiyyətli məqamdır”.
"Biz münaqişələrə son qoymağı bacarmalıyıq, növbəti münaqişənin qarşısını almaq lazımdır", - Tadiç əlavə edib.
Hacı Cavadov
Aləmdə Nəsib