Səfirlik: Çin ABŞ-nin Tayvanı silahlandırmaq cəhdlərinə qətiyyətlə qarşıdır

Tarix: 15 Mar 2024 05:58

Çin ABŞ-nin Tayvanı silahlandırmaq səylərinə qəti şəkildə qarşı çıxır.

APA xəbər verir ki, bunu Çinin ABŞ-dəki səfirliyinin nümayəndəsi Li Penyuy bildirib.

“Tayvan məsələsi Çinin prioritet maraqları baxımından əsas məsələdir və Çin-ABŞ münasibətlərində pozulmamalı olan əsas qırmızı xəttdir. Vaşinqton bu qırmızı xətti keçməməlidir. ”, - deyə səfirlik nümayəndəsi qeyd edib.

Xəbər Lenti