, 25 Yanvar, 2026
Tarix: 15 Mar 2024 16:20
Rusiya Silahlı qüvvələrinin Ukraynanın Odessa vilayətini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 46 nəfər yaralanıb.
APA xəbər verir ki, bunu Odessa vilayətinin administrasiya rəhbəri Oleq Kiper deyib.
O, ərazidə xilasetmə işlərinin davam etdiyini deyib.
***
16:05
Rusiya Silahlı qüvvələrinin Ukraynanın Odessa vilayətini raket atəşinə tutması nəticəsində 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
APA xəbər verir ki, bu barədə Odessa vilayət prokurorluğu məlumat yayıb.
Məlumata əsasən, bu ilkin məlumatdır, ölən və yaralananların yekun sayı, eləcə də dağılan, zədələnən tikililərin tam siyahısı barədə məlumatlar hazırlanır.