Dağıstanda ata oğlunu mopedlə vurub öldürən sürücünü və vəkilini güllələyib

Tarix: 15 Mar 2024 18:17

Dağıstanda mopedlə vurulan uşağın atası məhkəmənin hökmündən sonra qəzaya səbəb olan şəxsi və vəkilini güllələyib.

APA-nın Rusiya bürosu yerli teleqram kanallarına istinadən xəbər verir ki, insident Dağıstanın Noqay Rayon Məhkəməsinin binası yaxınlığında baş verib. Belə ki, məhkəmə bu gün ölümlə nəticələnən qəza işi üzrə hökm çıxarıb. Hökmə əsasən, 15 yaşlı uşağın ölümünə səbəb olan 22 yaşlı moped sürücüsünə 1,5 il azadlıqdan məhrumetmə cəzası verilib.

Məhkəmənin hökmündən narazı qalan mərhumun atası müttəhimi və vəkilini güllələyib. Nəticədə onlar hadisə yerində keçiniblər. Vəkil və müttəhimə atəş açan şəxs saxlanılıb.

Xəbər Lenti