, 25 Yanvar, 2026
Tarix: 16 Mar 2024 08:11
Rusiyanın Belqorod vilayətinin Qlotovo kəndində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparat yerli sakinlərin olduğu avtomobilə çırpılıb.
APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov "Telegram" kanalında məlumat verib.
Nəticədə 5 nəfər ağır yaralanıb.
Rayon rəhbərinin sözlərinə görə, hücum nəticəsində avtomobil yanıb, içərisində olan 5 nəfər xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib.
"Həkimlər onlara bütün lazımi yardımı göstərirlər" deyə bildirilib.