, 25 Yanvar, 2026
Tarix: 16 Mar 2024 15:17
Ermənistan Rusiyada keçirilən prezident seçkilərini müşahidə edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyası missiyasında iştirakdan imtina edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiyada keçirilən prezident seçkilərində KTMT PA-nın müşahidə missiyasının tərkibində Ermənistanın nümayəndələri yoxdur.
Bu faktı missiyanın nümayəndələri də təsdiqləyib.
Qeyd edək ki, rəsmi İrəvan bir müddət əvvəl Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu açıqlayıb.