Dnestryanıda “Müdafiə Nazirliyi”nin ərazisində hərbi vertolyota kamikadze-dronla zərbə endirilib - VİDEO - YENİLƏNİB

Tarix: 17 Mar 2024 19:17

Moldovada Rusiya yönümlü separatçı Dnestryanı bölgənin “Müdafiə Nazirliyi”nin ərazisinə zərbə endirilib.

APA-nın xəbərinə görə, bununla bağlı “Telegram” kanallarında videogörüntü paylaşılıb.

Videogörüntüdə “Müdafiə Nazirliyi”nin ərazisindəki “Mi-8” hərbi vertolyotuna kamikadze-dronla zərbə endirildiyi məlum olur.

***

saat 18.52

Moldovada Rusiya yönümlü separatçı Dnestryanı bölgədə hərbi hissəyə kamikadze-dronla zərbə endirilib.

APA-nın xəbərinə görə, bu barədə "Birinci Dnestryanı" telekanalı məlumat yayıb.

Tiraspoldakı hərbi hissədə partlayış və yanğın baş verib. Tələfatın olmadığı bildirilir.

Xəbər Lenti