XİN rəhbəri: Borrellin İsrailin özünümüdafiə haqqını tanımasının vaxtıdır

Tarix: 18 Mar 2024 13:58

"Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin HAMAS-ın cinayətlərinə qarşı İsrailin özünümüdafiə haqqını tanımasının vaxtı çatıb".

APA xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz "X" hesabında bildirib.

Onun sözlərinə görə, İsrail yardım etmək istəyən hər kəsə quru, hava və dəniz yolu ilə Qəzzaya geniş humanitar yardım çatdırmasına icazə verir.

"HAMAS-ın zorakılıqla yardım konvoylarını hücumuna və UNRWA-nın (BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi -red.) onlarla əməkdaşlığına baxmayaraq, biz israrlıyıq. Avropa İttifaqının Ali Nümayəndəsi Cozep Borrellin İsrailə hücumu dayandırmağın və HAMAS-ın cinayətlərinə qarşı özünümüdafiə haqqımızı tanımasının vaxtı çatıb", - İsrail XİN rəhbəri paylaşımında qeyd edib.

Qeyd edək ki, bu gün Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell Brüsseldə Qəzzaya humanitar yardımla bağlı konfransın açılışında İsrailin Qəzzada aclıqdan müharibə silahı kimi istifadə etdiyini deyib.

"Qəzzada biz artıq aclığın astanasında deyilik, biz minlərlə insana təsir edən aclıq vəziyyətindəyik. Bu, qəbuledilməzdir. Aclıqdan müharibə silahı kimi istifadə olunur. İsrail aclığı təşviq edir", - deyə o bildirib.

Xəbər Lenti