Şənbə, 1 Avqust, 2026
Tarix: 20 Mar 2024 03:57
Türkiyənin İzmir şəhərində atışma olub.
APA xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Hadisə relsli nəqliyyat vasitələrinin mübadilə mərkəzində qeydə alınıb.
Həyata keçirilən silahlı hücumda 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisəni törədən şəxs və ya şəxslərin axtarışlarına başlanılıb.
Mənbə: apa.az