Ukraynalıların Belçikada F-16 təlimlərində iştirakı nümayiş etdirilib - VİDEO

Tarix: 20 Mar 2024 05:21

Belçika hakimiyyəti ukraynalı hərbçilərin F-16 təyyarələrindəki təlimlərindən video nümayiş etdirib.

APA xəbər verir ki, bu barədə "Beldefnews"a məlumat yayıb.

Kadrlarda Qərb qırıcılarının uçuşu əks olunub.

Yayımlanan videoda F-16-nın təmiri və təchizatına cavabdeh olan ukraynalı hərbçi əks olunub.

"Mənim vəzifəm uçuşların həyata keçirilməsi və təşkilidir. Növbədə olan təyyarənin və avadanlıqlara xidmət göstərəcək şəxslərin müəyyən edilməsi", - deyə ukraynalı hərbçi bildirib.

Videoda digər qırıcıların uçuşları da əks olunub.

Qeyd edək ki, Belçika Ukrayna hərbçilərinə F-16-da təlim keçmək üçün Danimarkaya 50 əsgər və iki təyyarə göndərib..

Onlar səkkiz həftə orada olacaqlar.

Xəbər Lenti