CNN: Blinken Yaxın Şərq turnesi çərçivəsində martın 22-də İsrailə səfər edəcək

Tarix: 20 Mar 2024 17:05

ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində martın 22-də İsrailə səfər edəcək.

APA xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, çox güman ki, tərəflər Qəzza zolağının Rəfah şəhərində yəhudi dövlətinin quru əməliyyatına alternativləri müzakirə edəcəklər.

Xəbər Lenti