, 25 Yanvar, 2026
Tarix: 20 Mar 2024 22:10
ABŞ dövlət katibi Entoni Blinken həftənin sonunda İsrailə səfər edəcək.
APA xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamenti təsdiqləyib.
“Bildiyiniz kimi, dövlət katibi həftənin sonunda İsrailə yollanır”, - deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib.
Xatırladaq ki, bir müddət öncə Blinken bildirmişdi ki, İsrail Qəzza zolağında mülki əhalini qorumağa borcludur.