Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək

Tarix: 20 Mar 2024 23:05

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında iclasın keçirilməsi ilə bağlı qərar var, lakin görüşün tarixi və yeri hələ müəyyən edilməyib, onları işçi qaydada razılaşdırmaq lazımdır.

APA xəbər verir ki, bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan “Factor.am”a açıqlamasında deyib.

Xatırladaq ki, Antalyada keçirilən forumda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç növbəti görüşün İrəvanda keçirilməsini təklif etmişdi.

Xəbər Lenti