Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Tarix: 29 Nov 2023 20:05

Azərbaycanın rayonlarında zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib.

Zəlzələnin hiss edildiyi qeyd olunub.

Yeraltı təkanların baş verdiyi bölgələrin Mingəçevir, Naftalan, Yevlax və Goranboyda olduğu bildirilir.

***

Zəlzələlərin Tədqiqatı Bürosundab “Qafqazinfo”ya verilən məlumata görə, əsasən Mingeçevir ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Mingəçevir , Gəncə, Yevlax , Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

Xəbər Lenti