, 25 Yanvar, 2026
Tarix: 21 Mar 2024 11:37
Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Antonii Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşəcək.
APA-nın “Armenpress”-ə istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Armen Qriqoryan bildirib ki, görüşdə Ermənistanın inkişafına kömək edəcək üçtərəfli əməkdaşlıq müzakirə olunacaq.