Cümə axşamı, 23 İyul, 2026
Tarix: 07 May 2026 13:55
Bu ilin yanvar-aprel aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 452,1 milyon manata yaxın olub.
Dövlət Vergi Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz çoxdur.
İndiyədək ölkə ərazisində 112.985 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
İlahə Səlimova Yeni nəsil nəzarət kassa aparatları (NKA) dövriyyə
Mənbə: apa.az