Şənbə, 1 Avqust, 2026
Tarix: 28 Mar 2024 04:31
Rusiyanın Kamçatka yarımadasının sahilində 5,6 maqnitudalı zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Ust-Kamçatsk yaşayış məntəqəsindən 40 km aralıda, 5 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində tələfat və dağıntı barədə məlumat daxil olmayıb.
Mənbə: apa.az