Cümə axşamı, 7 May, 2026
Tarix: 07 May 2026 16:44
Bu yaxınlarda Azərbaycanda "Ağdaş” Batareya Enerji Saxlanc Mərkəzinin (BESM) istifadəyə verilməsi planlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev bildirib.
Onun sözlərinə görə, 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb:
"AzərEnerji” Açıq Səhmdar ASC-nin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi bu ilin mart ayında istismara verildi. Yaxın zamanlarda Ağdaşda da Batareya Enerji Saxlanc Mərkəzinin istismara verilməsi planlaşdırılır", - Cavid Abdullayev qeyd edib.
Emil İsmayılov "Ağdaş” Batareya Enerji Saxlanc Mərkəzi Cavid Abdullayev Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi