ABB səhmdarlarına 200 mln. manat dividend ödəyəcək

ABB səhmdarlarına 200 mln. manat dividend ödəyəcək

Tarix: 08 May 2026 10:19

ABB səhmdarlarına 2025-ci ilin maliyyə fəaliyyəti üzrə 200 mln. dividend ödəyəcək.

“APA-Economics” xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

O bildirib ki, dividendin 184 mln. manatı əsas səhmdar olan Azərbaycan hökumətinə, qalan hissəsi isə on minlərlə səhmdara ödəniləcək. Bankın səhmlərinin gəlirliliyi 15,6% təşkil edir.

Abbas İbrahimov əlavə edib ki, ABB son illər dividend, mənfəət vergisi şəklində və s. istiqamətdə 2 mlrd. manat ödəniş edib.

Rahim Tarıverdiyev Azərbaycan Beynəlxalq Bankı (ABB) dividend Abbas İbrahimov səhmdar

Mənbə: apa.az

Xəbər Lenti