Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı 5 000-ə yaxınlaşıb

Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı 5 000-ə yaxınlaşıb

Tarix: 08 May 2026 17:26

Bu ilin I rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 350 min 492 manat həcmində 4 995 fırıldaqçılıq halı baş verib.

“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə ölkədaxili fırıldaqçılıq hallarının 21,4%-i hesabların ələ keçirilməsi ilə bağlı olub. Ölkəxarici fırıldaqçılıq hallarının isə 60,2%-i kartın fiziki iştirakı olmadan həyata keçirilib.

Cari ilin yanvar-mart aylarında həm ölkədaxili, həm də ölkəxarici fırıldaqçılıq əsasən elektron ticarət və mobil tətbiqlər üzərindən baş verib. Ölkədaxili fırıldaqçılıq hallarının 98,3%-i, ölkəxarici halların isə 80,6%-i məhz elektron ticarət və mobil tətbiqlər vasitəsilə qeydə alınıb.

İlahə Səlimova fırıldaqçılıq halları ödəniş kartları ölkədaxili ölkəxarici I rüb

Mənbə: apa.az

Xəbər Lenti