Şənbə, 26 Sentyabr, 2026
Tarix: 26 Sep 2026 23:22
“Avropa ABŞ-ın da maraqlı olduğu Ukrayna üzrə sülh danışıqları perspektivini pozmaq üçün hər şeyi edir”.
APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələrində çıxışı zamanı deyib.
Lavrov bildirib ki, Qərb Kiyevə Rusiyanın mülki infrastrukturunu dronlarla hədəfə almağa kömək edir.
“Qərb Ukraynada nasizmin çiçəklənməsinə utancaq şəkildə göz yumduğu zaman BMT-nin əsasları zərbə altında qalır. Aİ-nin bir çox ölkəsinin liderləri irqi üstünlük virusuna yoluxub və nasizmin yayılmasına şərait yaradırlar. Qərb Rusiyanı cilovlamaq cəhdləri ilə Avropanın təhlükəsizlik sistemini dağıdıb”, - Lavrov deyib.
XİN rəhbəri bildirib ki, NATO öz təsirini Cənub-Şərqi və Şimal-Şərqi Asiya da daxil olmaqla dünyanın digər regionlarına yaymağa çalışır.
Lavrov İran rəhbərliyinin öldürülməsinə də münasibət bildirib. O deyib ki, Rusiya İranın ali rəhbərinin və hakimiyyət nümayəndələrinin öldürülməsini güc diktəsinin qəbuledilməz təzahürü hesab edir.
Onun fikrincə Hörmüz ətrafındakı vəziyyətin tənzimlənməsi üçün əsas şərt ərəb ölkələri ilə İran arasında etimadın bərpasıdır.
Fələstin məsələsinə də toxuna Lavrovun sözlərinə görə, Rusiya Fələstinin dövlətçiliyinin təmin edilməsinin vaxtının çatdığı qənaətindədir.
Lavrov onu da bildirib ki, Rusiya Almaniya və Yaponiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına qarşıdır, Hindistan və Braziliyanın namizədliyini isə dəstəkləyir.
Onun sözlərinə görə, Rusiya ümid edir ki, BMT-nin yeni baş katibi ayrı-ayrı dövlətlərin maraqlarına xidmət etməyəcək.
Sonda Lavrov yaxın aylarda Rusiyada xalqların azadlığı üzrə ilk assambleyanın keçiriləcəyini bildirib.
Rusiya Lavrov UkraynaMənbə: apa.az