Bazar, 27 Sentyabr, 2026
Tarix: 27 Sep 2026 03:43
Avropa İttifaqı Afrikada məcburi köçkünlərə və onları qəbul edən icmalara dəstək, həmçinin silahlı münaqişələrdən zərər çəkmiş ərazilərin əhalisinə yardım üçün 710 milyon avro vəsait ayıracaq.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen məlumat verib.
“Bütün Afrikada məcburi köçkünlərə və onları qəbul edən icmalara 800 milyon dollardan çox (710 milyon avro) vəsait ayrıldığını elan etməkdən məmnunam. Həmçinin müharibədən zərər çəkmiş icmalara yardım göstəriləcək”, - o, bildirib.
Fon der Lyayenin sözlərinə görə, maliyyələşdirmə 2026-cı ildə beynəlxalq “Global Citizen” təşkilatının kampaniyası çərçivəsində həyata keçirilir.
Avropa Afrika qaçqın
Mənbə: apa.az