Tacikistan BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürüb

Tacikistan BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürüb

Tarix: 26 Sep 2026 23:54

Tacikistan 2028-2029-cu illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü yeri üçün namizədliyini irəli sürüb.

APA xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sirociddin Muhriddin Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən ümumi siyasi müzakirələr zamanı çıxışında bildirib.

“BMT-ni gücləndirmək üçün daha böyük məsuliyyət tələb olunur. Tacikistan bunu etməyə hazırdır. Tacikistan tarixində ilk dəfə 2028-2029-cu illər üçün Təhlükəsizlik Şurasına namizədliyini irəli sürür”, - o bildirib.

Xarici işlər nazirinin sözlərinə görə, beynəlxalq əməkdaşlıq üçün effektiv BMT-yə ehtiyac var.

Buna görə də Tacikistan “BMT-80” adlı davam edən islahat prosesini dəstəkləyir.

Bu ad təşkilatın ötən il qeyd olunan 80 illik yubileyinə istinad edir.

BMT

Mənbə: apa.az

Xəbər Lenti