Kiyevdə bir sıra Ukrayna telekanallarının siqnalı kəsilib

Kiyevdə bir sıra Ukrayna telekanallarının siqnalı kəsilib

Tarix: 27 Sep 2026 01:00

Rusiyanın Kiyevdə data mərkəzlərinə endirdiyi zərbələrdən sonra bir sıra Ukrayna telekanallarının yayımında fasilələr yaranıb.

APA xəbər verir ki, Ukrinformun məlumatına görə, “We Are Ukraine” və “Novyny.LIVE” kanalları yayımda problemlər olduğunu açıqlayıb.

“Deutsche Welle” isə ən azı üç telekanalın, o cümlədən Müdafiə Nazirliyinin “Armiya TV” kanalının siqnalının itdiyini bildirib.

Problemlərin telekommunikasiya operatoru “Cosmonova”nın Kiyevdəki data mərkəzinə zərbədən sonra yarandığı qeyd olunur.

Məlumata görə, zərbələr nəticəsində bəzi istifadəçilərin internet və televiziya xidmətlərində də fasilələr yaranıb.

“MediaSat” 30-dan çox telekanalın yayımının təsirləndiyini bildirir.

Mənbə: apa.az

Xəbər Lenti