Şənbə, 1 Avqust, 2026
Tarix: 28 Mar 2024 23:56
Ukraynadakı münaqişə Amerika silah istehsalçılarının məhsullarına artan tələbi stimullaşdıran reklam platformasına çevrilib.
APA xəbər verir ki, bunu ABŞ-nin “CBS telekanalına” müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Mənə elə gəlir ki, bu müharibə istehsalçı üçün həm də marketinqdir. ABŞ-nin istehsal etdiyi və ya lisenziya verdiyi silahlara böyük tələbat var. Əvvəllər belə bir şey olmamışdı”, - Zelenski qeyd edib.
Mənbə: apa.az