Şənbə, 1 Avqust, 2026
Tarix: 29 Mar 2024 05:49
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub.
APA xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin İctimai Televiziyasında deyib.
“Ermənistan KTMT-də iştirakını biz bu təşkilatın var olub-olmadığını, fəaliyyət göstərib-göstərmədiyini, bizim regionumuzu tərk edib-etmədiyini anlayana qədər dondurub”, - Simonyan qeyd edib.
Mənbə: apa.az