, 25 Yanvar, 2026
Tarix: 29 Mar 2024 12:19
Milli Kəşfiyyat İdarəsinin direktoru İbrahim Kalın bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ilə görüşəcək.
APA “Sputnik Türkiye” istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, Ukrayna böhranı, Fələstin-İsrail münaqişəsi, eləcə də İŞİD və PKK ilə mübarizə mövzularının müzakirə ediləcəyi gözlənilir.
Bundan başqa, görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a səfəri ilə bağlı məsələlər də müzakirə olunacaq.