Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Tarix: 29 Mar 2024 18:03

Moldovanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya səfirliyinin əməkdaşının persona non-qrata elan edilməsi və Rusiya nümayəndə heyətinin beynəlxalq konfransda iştirakına icazə verməməsi qərarı ilə bağlı səfirə etiraz edilib.

Rusiya XİN-dən bildirilib ki, Moskva cavab tədbiri kimi Moldovanın Rusiyadakı səfirliyinin əməkdaşını persona non-qrata elan edib

Mənbə: apa.az

Xəbər Lenti