Çərşənbə, 13 May, 2026
Tarix: 12 May 2026 12:46
Bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 151,5 manat təşkil edib.
"APA-Economics“ bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin I rübü ilə müqayisədə 6,2% çoxdur.
İlahə Səlimova əməkhaqqı Azərbaycan işçilər