Çərşənbə axşamı, 12 May, 2026
Tarix: 12 May 2026 12:35
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda 39 mlrd. 875,1 mln. manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
“APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə iqtisadiyyat 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,2% artıb.
Yanvar-aprel aylarında neft-qaz sektorunda 12 mlrd. 135 mln. manat, qeyri-neft-qaz sektorunda isə 27 mlrd. 740,1 mln. manat dəyərində əlavə dəyər yaradılıb.
Neft-qaz sektorunda real ifadədə 0,9% azalma, qeyri-neft-qaz sektorunda isə 0,7% artım qeydə alınıb.
Rahim Tarıverdiyev ÜDM iqtisadiyyat Azərbaycan iqtisadi artım