Çərşənbə, 13 May, 2026
Tarix: 13 May 2026 10:11
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda vergi ödəyicilərinə ümumilikdə 102.075 müraciət üzrə 160.121 Asan İmza sertifikatı verilib.
Bu barədə "APA-Economics"ə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bundan əlavə, hesabat dövründə vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 204.260 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 339.770 sayda xidmət göstərilib.
Yanvar – aprel ayları ərzində vergi ödəyicilərinin 10,6 min yazılı müraciəti cavablandırılıb, onlara 10,8 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Bu müqddətdə 2.007 vergi ödəyicisinin iştirakı ilə 131 görüş keçirilib, 2.279 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2,9 milyon SMS göndərilib.
İlahə Səlimova Asan İmza sertifikatı müraciətlər vergi ödəyiciləri