Çərşənbə, 13 May, 2026
Tarix: 13 May 2026 12:39
Dövlət bankı Azər Türk Bank rabitə və İnformasiya Texnologiyaları sahəsində fəaliyyət göstərən şəxslərə sərfəli şərtlərlə zaminsiz istehlak kreditləri təklif edir. Kreditin maksimal məbləği 80 000 manatdır.
Bir ilədək olan istehlak kreditlərinin illik faiz dərəcəsi 9,9% təşkil edir.
Kreditlər 59 ay müddətinədək, minimal 0%-dən başlayan komissiya ilə verilir.
Bir ildən artıq müddətə kredit götürən şəxsin aylıq gəlirindən asılı olaraq illik faiz dərəcələri və xidmət haqqı məbləği dəyişir.
Qeyd edək ki, digər banklarda krediti olan fiziki şəxslər mövcud olan kredit öhdəliyini Azər Türk Bankda daha aşağı faiz dərəcəsi, daha uzun müddət və ya daha uyğun aylıq ödənişlərlə refinans edə bilərlər.
Müştərinin 80 000 manatadək krediti xidmət haqqı ödəmədən götürməsi üçün digər bankdakı kredit öhdəliyinin minimum 5000 manat həcmində hissəsini refinans etməsi kifayətdir.
Bank 3 və 4 illik müddətə olan kreditləri, müvafiq olaraq, illik 11,5% və 12,5%-lə təklif edir.
Krediti Azər Türk Bankın saytında online və atb360 mobil tətbiqində sifariş vermək olar.
Kampaniya 2026-ci il 30 may daxil olmaqla, həmin tarixədəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
APA-Economics Azər Türk Bank rabitə və informasiya texnologiyaları işçiləri istehlak kreditləri kampaniya