Çərşənbə, 13 May, 2026
Tarix: 13 May 2026 11:50
Bu ilin yanvar-aprel aylarında Qazaxıstan neftinin Aktau limanından Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri istiqamətində daşınma həcmi 471 min ton təşkil edib.
Bu barədə "APA-Economics" Qazaxıstanın “KazTransOil” şirkətinə istinadən xəbər verir.
Məlumata görə, təkcə aprel ayında bu marşrut üzrə 125 min ton xam neft nəql olunub.
Emil İsmayılov Aktau limanı Bakı–Tbilisi–Ceyhan neft KazTransOil