Fransa parlamentinin sədri: “Qoşunlarımızın Ukraynaya göndərilməsi mümkündür”

Tarix: 30 Mar 2024 21:55

Fransa qoşunlarının Ukraynaya göndərilməsi mümkündür.

APA xəbər verir ki, bunu Fransa parlamentinin sədri Yael Bron-Pive Odessaya bugünkü səfəri zamanı deyib.

Onun sözlərinə görə, Fransa Ukraynanın qələbəsi üçün sarsılmaz mövqeyində bütün imkanlara açıqdır.

Parlament sədri Odessada mətbuat konfransını sığınacağda keçirib və ukraynalıların dözümlülüyünə heyran olduğunu vurğulayıb.

Xəbər Lenti