, 25 Yanvar, 2026
Tarix: 30 Mar 2024 22:59
Gürcüstanda yerli vaxtla 17:44-də 4,8 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Oni şəhərindən 6 kilometr cənub-şərqdə, Psori kəndi yaxınlığında yerləşib.
Yeraltı təkanlar nəticəsində tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.